Daha bir COVİD-19 xəstəsinə cinayət işi açılıb

img

15-12-2020 [11:25]


Astarada Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha bir şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, Astara rayon sakini M.Nəbiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Astara RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq, yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, ictimai yerdə aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, bu günə qədər Astarada yaşayış yerini tərk etmiş 13 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA