General Rüstəm Muradov: "Azərbaycan 44 nəfəri Ermənistan tərəfinə qaytarıb"

img

15-12-2020 [09:01]


“Azərbaycanın səlahiyyətli orqanlarına 12 nəfər təhvil verilib”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradov bildirib.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsi həyata keçirilib. Buna qədər Azərbaycan və Ermənistan tərəfləri ilə Rusiya sülhməramlıları tərəfindən aparılan geniş hazırlıq işləri görülüb”, – R.Muradov belə deyib.

R.Muradovun sözlərinə görə, nəticədə onun şəxsi nəzarəti altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə 12 nəfər Bakıya gətirilib və Azərbaycanın səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib. Azərbaycan tərəfi isə 44 nəfəri Ermənistan tərəfinə qaytarıb.

O bildirib ki, rusiyalı sülhməramlılar üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə töhfə verməkdə davam edəcəklər/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA