Gürcüstanda pensiyalar, müəllim, polis və hərbi qulluqçuların maaşları artırılacaq

img

14-12-2020 [16:44]


“Gələn il Gürcütanda dövlət qulluqçularının əmək haqqı fondu əhəmiyyətli şəkildə azaldılacaq”.

Bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

O, ölkənin 2021-ci il üzrə dövlət büdcəsinin iqtisadi böhran əleyhinə olacağını, vətəndaşlar və biznesə dəstəyə yönələcəyini deyib: “Bizim nazirliyin də əmək haqqı fondu təxminən 2 milyon lari azaldılıb. Gələn il Gürcüstanda pensiyalar, müəllim, polis və hərbi qulluqçuların maaşları artırılacaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR