Sabiq rektor vəfat edib

img

14-12-2020 [15:03]


AMEA-nın Polimer Materialları İnstitutunun Makromonomer əsaslı polimer materiallar laboratoriyasının müdiri, Əməkdar elm xadimi, kimya üzrə elmlər doktoru, professor Niyazi Rəsulzadə vəfat edib.

Mia.az xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

O, yüksəkmolekullu birləşmələr kimyası sahəsində respublikanın tanınmış alimlərindən olub.

Qeyd edək ki, Niyazi Şahid oğlu Rəsulzadə 1948-ci il yanvarın 9-da Şuşa rayonunda doğulub.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olub,

O, 1970-ci ildə bitirdiyi Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.

1981-1990-cı illərdə Azərbaycan Texnologiya İnstitutunda Kimya kafedrasının müdiri olmaqla yanaşı, Funksional polimerlər elmi-tədqiqat laboratoriyasının müdiri, 1990-1993-cü illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərib. 2011-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində Tətbiqi kimya elmi-tədqiqat laboratoriyasının müdiri, 2014-2020-ci illərdə isə AMEA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri kimi fəaliyyət göstərib.

O, 1992-ci ildə "Əməkdar elm хadimi" fəхri adı ilə təltif edilib.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA