Nazir müavinindən müəllimlərin şikayətləri haqda - Açıqlama

img

14-12-2020 [14:47]


“Müəllimlər informatika fənni üzrə ayrılan saatların yetərli olmamasından şikayət edirlər. Eyni zamanda ali məktəblərə qəbul imtahanlarında informatikanın imtahan məzmununa salınmaması ilə bağlı da narazılıqlar var”.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, uzun illərdir bu məsələ təhsil sistemində çalışan, keyfiyyətin artırılmasında maraqlı olan təhsil işçilərinin diqqət mərkəzində olub: “Təbii ki, mövcud problemlərin aradan qaldırılması istiqamətində birdən-birə ciddi qərarın qəbul edilməsi mümkün deyil. Odur ki, BP ilə birgə həyata keçiriləcək “Ümumtəhsil müəssisələrində informatika təmayüllü siniflərin təşkili” layihəsi uzun illər arzusunda olduğumuz istiqamətə aparan cığırın açılması kimi qiymətləndirilməlidir. Yeni layihə tədris saatlarının artırılması baxımından deyil, məzmunun təkmiləşdirilməsi, şagirdlər üçün müxtəlifyönlü seminarların, vebinarların keçirilməsi üçün təqdirəlayiq addımdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA