Daha bir COVİD-19 xəstəsi saxlanılıb

img

14-12-2020 [14:40]


Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxmış və ev şəraitində müalicə təyin edildiyi halda rayon sakini S. Əliyev karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi aşkar edilib.

Onun özünə məxsus mağazada faəliyyət göstərərək koronavirus xəstəliyinin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib. RPŞ-nin əməkdaşları həmin şəxslə profilaktiki səpkidə söhbətlər aparıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.

S.Əliyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Yevlax RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA