Veteran futbolçumuzun səhhəti daha da ağırlaşdı

img

14-12-2020 [11:53]


Koronavirusa yoluxmuş veteran futbolçu Elbrus Abbasovun durumu daha da pisləşib.

Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O bildirib ki, 70 yaşlı keçmiş hücumçu hələ də reanimasiyadadır: "Onun vəziyyəti bu gün axşam və ya sabah bilinəcək. Əgər ayılsa, həkimlər nəsə edə biləcəklər. Vəziyyəti çox pisdir. Artıq böyrəkləri də sıradan çıxmağa başlayıb. Həkimlər əllərindən gələni edirlər".

Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi oyunlara təinat aıb. "Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq hücumçusu işğaldan azad olunmuş Ağdam şəhərində noyabrın 28-də səfərdə olub. Koronavirus xəstəliyi üzə çıxdıqdan sonra Elbrus Abbasov elə doğma rayonunda müalicə alıb. Lakin vəziyyəti pisləşdiyi üçün veteran futbolçu Bakıya gətirilib və "Yeni klinika"ya yerləşdirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA