Azərbaycanda daha bir məmur koronavirusdan vəfat edib

img

13-12-2020 [09:54]


1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini Fərəc Qasımzadə koronavirusdan vəfat edib.

Məlumata görə, F.Qasımzadə və həyat yoldaşı bir müddət öncə koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alıblar.

F.Qasımzadənin həyat yoldaşının vəziyyətinin kritik olduğu deyilir.

Mərhumun oğlu hazırda cəbhədə hərbi xidmətdədir.

F.Qasımzadə uzun müddət Bakının Səbail rayon Məşğulluq Xidmətinin rəhbəri olub, bir müddət əvvəl 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini təyin edilib/Report.

 Fərəc Qasımzadə


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA