General Ramiz Zeynalov: "Polislə üz-üzə dayanmaq olmaz"

img

12-12-2020 [19:55]


"Karantin postlarının qurulması, məhdudiyyətlərin tətbiq edilməsi təsadüfü deyil. Bu, ölkəmizdə koronaviruslu xəstələrin sayının artması ilə bağlıdır. Pandemiyanın qarşısını almaq üçün zərurətdən belə addımlar atılır".

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

O, vətəndaşları tətbiq olunan məhduduyyətlərə anlayışla yanaşmağa, qaydalara riayət etməyə çağırıb: "Bu, insanların özləri üçün tətbiq edilən məhdudiyyətdir. Hər birimiz bilməliyik ki, bu, bizim gələcəyimiz, ailəmiz, həyatımız üçün vacibdir. Ona görə də qaydalara əməl etmək, sosial məsafəni gözləmək, məhdudiyyətləri qəbul etmək lazımdır. Polislə üz-üzə dayanmaq olmaz".

Xatırladaq ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA