Ukraynada Prezident Aparatına hücum oldu

img

01-12-2013 [20:04]



Ukraynanın paytaxtı Kiyevin Mixaylovsk meydanında Avropaya inteqrasiya tərəfdarlarının aksiyası davam edir. 

Musavat.com-un "İnterfaks”a istinadən verdiyi məlumata görə, səhər saatlarında meydanda 1500-ə yaxın adam var. Aksiyada çıxış edən ictimai fəallar ölkə əhalisini bazar ertəsi tətil etməyə çağırırlar. Onlar bildirirlər ki, bazar ertəsi Kiyevdə ictimai nəqliyyat işləməyəcək. 


Şənbə gününə keçən gecə aksiyanın dağıdıldığı Müstəqillik meydanında isə kommunal xidmətlərin əməkdaşları Yeni il yolkası qururlar.

Bu arada Ukrayna hakimiyyətinin siyasətinə etiraz edən aktivistlər Kiyevdə Prezident Administrasiyasının binasına hücum edirlər. 

Trend Ukrayna KİV-ə istinadən məlumat verir ki, "Berkut" xüsusi təyinatlıları avtobuslardan təşkil edilən mühasirəni buldozerlə dağıtmağa çalışır, etirazçılara qarşı tüstü qumbaralarından istifadə edirlər.

Qeyd edək ki, Ukrayna hökuməti noyabrın 22-də rəsmi Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair qərar verdikdən sonra paytaxtda etiraz aksiyalarına başlanılıb.

Ukrayna mediasının xəbərinə görə, Prezident Administrasiyasının qarşısında qarşıdurma davam edir. 

Maskalı şəxslər traktorun köməyi ilə binaya girməyə çalışıb. Mitinqçilər polisə kərpic parçaları atıb. Xüsusi təyinatlılar gözyaşardıcı qazdan və səs bombasından istifadə edib. Yaralılar var.

Kiyevdən başqa Odessa, Simferepol və Dneprpetrovsk şəhərlərində də etirazlar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA