Merkel: "Pandemiya dünya iqtisadiyyatındakı tarazlığı pozub"

img

09-12-2020 [15:34]


Koronavirus pandemiyası dünyanın həm iqtisadi, həm də ictimai-siyasi tarazlığına dəyişiklik gətirib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bundestaqdakı nitqi zamanı bildirib.

Hökumət başçısı dünyada Almaniyanı azad, açıq, demokratik ölkə kimi tanıdıqlarını, bu imici həm də maliyyə büdcə sahəsində görülən tədbirlərlə də qoruyub saxlamaq istədiklərini qeyd edib.

Almaniyanın qarşıdakı dövrdə mümkün vəziyyətini dəyərləndirməyin vacibliyini dilə gətirən kansler Avropanın bir sıra ölkələrində pandemiya üzündən ÜDM-in 10 faizədək azaldığını, Almaniyanın isə ABŞ, Avstraliya kimi 4-6 faizlik azalma ilə nisbətən əlverişli nəticələr göstərdiyini diqqətə çatdırıb: “Amma məsələn, 1,9 faizlik artıma nail olan Çin kimi ölkələr də elə həmin virusla mübarizə aparır”.

A.Merkel Almaniyanı böhrandan əvvəlki vəziyyətə qaytarmaq üçün bütün vasitələrdən yararlanmağa çağırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR