Jurnalistə nazirlikdə vəzifə verildi - ƏƏSMN-də daha bir dəyişiklik + FOTO

img

09-12-2020 [11:59]


Tanınmış jurnalist, İctimai Televiziyanın reportyoru Sərvər Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə təyinat alıb.

Mia.az xəbər verir ki, o, bundan sonra sözügedən qurumun müvafiq şöbəsində baş mütəxəssis kimi çalışacaq.

Qeyd edək ki, 2016-cı ilədək Xaçmazda fəaliyyət göstərən ARB Şimal Televiziyasının şef redaktoru, sonra isə Xəzər TV-də yayımlanan “Oyan Azərbaycan” proqramının əvvəlcə sosial müxbiri, sonra baş redaktoru olan S.Abdullayev, 2017-ci ildən İctimai Televiziyanın (İTV) İnformasiya departamentində müxbir kimi çalışıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR