“Azərsu” ASC nasos və onların təmirinə 5 milyon manatdan çox vəsait xərcləyəcək

img

07-12-2020 [11:35]


“Azərsu” ASC nasosların təmiri üçün ehtiyat hissələrinin (1), eləcə də dalma nasoslarının (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Report vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Azelmaş" Elmi-Texniki Firması və "TP Trading" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 4 231,6 və 925,816 min manat, ümumilikdə isə 5 157,4 min manat ödəniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR