"Daşıyıcıların çoxu məsuliyyətsizdir" - Koronavirusa yoluxan müğənni

img

07-12-2020 [11:23]


Müğənni Xatun Əliyeva koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bu barədə müğənni özü sosial media hesabında məlumat yayıb: "Nə qədər qorunsam da, bütün deyilənlərə əməl etsəm də, virusa mən də yoluxdum. Niyə? Çünki daşıyıcılar aramızdadır. İnsanların çoxu məsuliyyətsizdir. Çoxu daşıyıcı olaraq rahat insanların arasına çıxır, ətrafdakıları da yoluxdurur. Biz sənət adamları bəzən məcburuq hansısa tədbirlərdə, çəkilişlərdə iştirak edək. Bu vecsiz insanların ucbatından biz də yoluxuruq. Mən indi məcburam ki, bütün işimi gücümü atım, evə qapanım. Çünki ətrafımdakıları da düşünürəm, yazıqdır axı bu insanlar! Niyə bu vəziyyətin ciddiliyinə varmırsınız?".


Digər xəbərlər
SON XƏBƏRLƏR