“Nikol satqındır!”, “Nikol, get!”, “Nikolsuz Ermənistan!" - Yerevanda bu tələblərlə mitinq başlayıb, Paşinyana 3 gün vaxt verildi

img

05-12-2020 [18:40]


Yerevanın Azadlıq meydanında “Vətənin Xilası Hərəkatı” müxalifət təşkilatının mitinqi başlayıb.

Məlumatı “Aysor” yayıb.

Meydana 40 mindın çox insanın toplaşdığı bildirilib. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan, keşişlər və başqa siyasi qüvvələr tribunadadır.

Aksiya iştirakçıları “Nikol satqındır!”, “Nikol, get!”, “Nikolsuz Ermənistan!” şüarlarını səsləndirirlər.

***

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefaya getmək üçün dekabrın 8-ə qədər vaxt verib.

"Biz çərşənbə axşamı - 8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq", - deyə "Daşnaksutyun"un rəsmisi İşxan Saqatelyan bu gün Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə deyib.

"Nikol, bu, sənin hökumət bağında son saatlarındır", - Saqatelyan qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR