Bakıda şok olay: ata 33 yaşlı oğlu ilə 35 yaşlı gəlinini baltaladı

img

05-12-2020 [15:55]


Bakıda ata oğluna və gəlininə balta ilə xəsarət yetirib.

Hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Mehdi İsmayılov oğlu, 1987-ci il təvəllüdlü Rəşad İsmayılova baş nahiyəsindən, gəlini, 1985-ci il təvəllüdlü Cəmilə Babayevaya isə bədən nahiyəsindən balta ilə xəsarət yetirib.

Bundan sonra qaynata özünə də balta ilə xəsarət yetirib.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Baş nahiyəsindən ağır xəsarət alan Rəşad İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR