Ermənistanın keçmiş Prezidenti: “Həm Azərbaycanı, həm də Türkiyəni məğlub etdiyimizi söyləmək təxribat deyilsə, nədir?!"

img

05-12-2020 [10:57]


“Son bir ayda mətbuatı izlədiyim üçün yeni heçnə deməyəcəyəm. Praktik olaraq hər şey artıq deyilib, bunun niyə baş verdiyini anlamaq üçün sadəcə ümumiləşdirmək olar. Birincisi, münaqişənin nizamlanmasına dair danışıqlar prosesi dalana dirəndi və bu bilərəkdən edildi. İş o yerə çatdı ki, ATƏT-in Minsk Qrupu həmsədrləri nə baş verdiyini belə anlamadılar. Erməni tərəfi danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirmək üçün müxtəlif fəndlərə əl atdı”.

Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan “5”ci kanala müsahibəsində deyib.

“Müharibə danışıqların Ermənistan tərəfindən pozulduğuna heç kimin şübhəsi qalmadığı anda başladı. Maneələr yarandı, erməni tərəfinin günahı ucbatından hər şey uğursuz oldu. Ermənistan hakimiyyəti Qarabağda müharibə olması üçün hər şey etdi”-deyə o, bildirib.

Robert Koçaryan Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın həm hərbi, həm də diplomatık sahədə məğlub olduğunu deyib. Onun sözlərinə görə, 2020-ci ilin iyul ayında baş verən Tavuş döyüşləri də Ermənistan tərəfindən başladılıb.

“Bu döyüşlər bizim tərəfimizdən başladıldı. Baş qərargah rəisi 12 iyunda Ermənistanın müharibəyə hazır olmadığı ilə bağlı məruzəsindən bir ay sonra müharibəyə başlamaq, bu hadisənin əhəmiyyətini şişirtmək, 70 əsgərə medal vermək, həm Azərbaycanı, həm də Türkiyəni məğlub etdiyimizi söyləmək - bu təxribat deyilsə, nədir?.

Digər tərəfdən vəziyyət elə inkişaf etdi ki, Azərbaycan münaqişəni danışıqlar yolu ilə həll etmək şansından məhrum oldu, ona görə də yalnız bir çıxış yolu var idi - müharibə. Bu cür hərəkətlər ancaq güclü olduğun zaman keçərlidir, müəyyən nüanslar təkzib edilir. Lakin belə deyil. Resurslar, əhalinin sayı, büdcə və ÜDM istənilən səviyyədə deyil. Yenə deyirəm, səlahiyyətli şəxslərimiz müharibəni qaçılmaz etmək üçün əllərindən gələni etdilər”/Report.

Robert Köçəryan “5-ci kanal”a müsahibəsində Qarabağdakı döyüşlərdən də danışıb: "Ordu rəhbərliyi oktyabrın əvvəlində birbaşa Nikol Paşinyanın göstərişi ilə cənub cəbhəsində hərbi əməliyyatla bağlı qərar qəbul etdi, hansı ki, bu, o zaman effektivliyi çox ciddi şübhə doğuran bir qərar idi. Bu, ən uğursuz əməliyyat oldu və nəticədə ordu korpuslarından biri və Stepanakert alayı darmadağın edildi. Bundan sonra bizim səmərəli müdafiəni təmin edə biləcək döyüş qabiliyyətli bölmələrimiz yox idi”.

Köçəryanın sözlərinə görə, bu, Paşinyanın 7 oktyabrda RBK-ya coşqu ilə danışdığı əməliyyat idi: “Biz elə bir yol seçdik ki, o, faciəyə aparırdı. Azərbaycan Ordusu cəbhəni yararaq, 14 km irəliləmişdi. Ancaq bu əməliyyatın sayəsində Hadruta, Qubadlı, Zəngilan, Xudafərin və s. ərazilərə gəlib çıxdı”.

Köçəryan deyib ki, cəbhənin digər yerlərində müdafiəni saxlaya biliblər: “Azərbaycan niyə barışığa razılıq vermirdi? Çünki ordusu hər gün irəliləyirdi. Uğur qazanan heç bir tərəf isə atəşkəsə razı olmaz”.

Köçəryan əmindir: bütün yanlış qərarları bir adam qəbul edib. Onun fikrincə, müharibədə xalq yox, baş nazir, onun komandası və ümumilikdə apardığı siyasət uduzub: “Hakimiyyətin daha bir kobud səhvi şanlı döyüş yolu keçən keçmiş generalları hərbi əməliyyatlara yaxın buraxmaması idi”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR