Avronun məzənnəsi 32 ayın ən yüksək həddinə çatdı

img

04-12-2020 [16:55]


Bu gün keçirilən hərraclarda avronun ABŞ dollarına qarşı məzənnəsi 2018-ci ilin aprel ayından bu yana ən yüksək həddə çatıb.

Məlumata görə, dünən 1,2177-dək artdıqdan sonra 1,214 ABŞ dollarınadək geriləyən məzənnə bu gün Bakı vaxtı ilə saat 13:51-də 1,2172-dək yüksəlib.

Həmçinin yenin ABŞ dollarına qarşı məzənnəsi 103,83-dən 103,97-dək azalıb. ABŞ dollarının 6 başlıca pul vahidinə qarşı məzənnəsini əks etdirən indeksi də ötən gün 2018-ci ilin aprel ayının sonundan bu yana minimum olan 90,51 bəndə geriləyəndən sonra bu gün də 0,06 faiz azalaraq 90,66 bənd təşkil edib.

Bu gün avronun bahalaşması daha çox Almaniyada sentyabr ayında 1,1 faiz artan sənaye sifarişlərinin oktyabr ayında daha 2,9 faiz artmasına dair statistik məlumatlarla bağlıdır. Halbuki ekspertlər cəmi 1,4 faizlik artım gözləyirmişlər.

“Sənayedə işlər qaydasına düşdü. Pandemiyaya görə iqtisadi geriləmə xeyli dərəcədə xidmətlər sahəsilə bağlıdır ki, bu da tezliklə düzəlməz”, – deyə “Landesbank Baden-Wuerttemberg” bankının baş iqtisadçısı Yens Oliver Niklaş bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR