ƏRDOĞAN MAKRONU FRANSANIN BƏLASI ADLANDIRDI: "İlham Əliyevin fransızlara mesajına qatılıram..."

img

04-12-2020 [16:06]


“Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq”.

Mia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Fransanın onsuz da vasitəçilik missiyası qalmayıb: "Makron Fransanın başına bəladır. Fransa çox-çox təhlükəli bir dövr yaşayır. Təmənnam odur ki, bir an əvvəl Fransa Makron bəlasından qurtulsun. Əks təqdirdə “sarı jiletlillər”dən qurtula bilməyəcək. “Sarı jiletlilər” daha sonra “qırmızı jiletlilərə” çevrilə bilər. Belə bir bəla ilə qarşı-qarşıyadırlar. Dəyərli qardaşım İlham Əliyev fransızlara belə bir tövsiyə verib: “Erməniləri bu qədər sevirlərsə Marseli ermənilərə versinlər”. Eyni tövsiyəni mən də verirəm. Qarabağ azərbaycanlı qardaşlarımızın torpaqlarıdır. 28 ildir buralar işğal altındadır. ABŞ da, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul edirdi”.

Ərdoğan dekabrın 8-də həyat yoldaşı ilə birgə Azərbaycana gələrək, paradda iştirak edəcəyini də deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR