Allahşükür Paşazadə: "Onlar “Quran”ı götürərək ayaqyalın mehraba getdilər..."

img

04-12-2020 [13:32]


“Bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada qalib xalq kimi tanınır. Mən bu qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, Ordumuza, şəhidlərimizə və xalqımıza təşəkkürümü bildirirəm”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin anım mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilər Zəngilanda, bir çox yerlərdə məscidləri bərbad hala salıblar: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama gedəndə Kəbədə onlara hədiyyə olunan “Quran”ı əlində götürərək ayaqyalın şəkildə mehraba getdilər və həmin kitabı məscidə bağışladılar. Prezident İlham Əliyev bir dəfə çıxışında dedi ki, mən ata vəsiyyətini yerinə yetirdim. O, Qarabağı azad etməklə atasının vəsiyyətini yerinə yetirdi. Bizim qələbəmiz birliyimizdədir”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR