İcra Hakimiyyəti ilə eyni adama məxsus şirkətlərin şübhəli tender əməliyyatları... - Detallar
04-12-2020 [11:42]
Lerik Rayon İcra Hakimiyyəti “Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti ilə maliyyə dəyəri 47 443.32 AZN təşkil edən müqavilə imzalayıb.
Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, müqavilədə Lerik şəhəri Hıramo kəndinə gedən avtomobil yolunun təmiri nəzərdə tutulur.
İqtiadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatına əsasən “Elnur-2” İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. “Elnur-2”nin qanuni təmsilçisi isə Abıyev Zaur Niyaz oğludur.
Hansısa səbəbdən 1 manatlıq “Elnur-2” şirkəti əsasən ölkənin cənub rayonlarının yerli hakimiyyət orqanlarının keçirdiyi tenderlərin qalibi olur.
Bu ilin sentyabrında Astara Rayon İcra Hakimiyyəti yolların əsaslı təmiri üçün “Elnur-2” İstehsalat Kommersiya Şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin maliyyə dəyəri 542 353.23 AZN-dir.
2019-cu ildə isə Astara Rayon İcra Hakimiyyəti “Elnur-2” İstehsalat Kommersiya Şirkəti ilə maliyyə dəyəri 2 233 000 AZN olan müqavilə bağlayıb. Müqavilədə 36 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulur.
“Elnur-2”nin qanuni təmsilçisi Zaur Abıyev həm də “Birlik-3A” MMC-nin qanuni təmsilçisidir. Nizamnamə kapitalı 50 AZN olan sözügedən MMC də Astara Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olur. Məsələn, bu ilin may ayında “Birlik-3A” MMC Astara Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi elan edilib. İcra hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 542 615 AZN olan müqavilə imzalanıb.
Zaur Abıyevin adı ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer alır. O məhkəməyə ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar. Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügedən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub/Yenisabah.az
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq