"Sabah" klubunda daha beş futbolçu koronavirisa yoluxub

img

04-12-2020 [10:41]


"Sabah" klubunda daha beş futbolçu koronavirisa yoluxub.

Məlumata görə, bu, sonuncu testlərdən sonra müəyyənləşib. Paytaxt təmsilçisində Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembanın testi müsbət çıxıb.

Bundan əlavə Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Rodriges də aktiv xəstədir.

Qeyd edək ki, "Sabah" Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 5-də evdə "Neftçi" ilə qarşılaşmalı idi, lakin qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA