Səfir Qüdsi Osmanov Moldova mətbuatında yazır: “Allahın evinə necə əl qaldırmaq olar?”
03-12-2020 [21:03]
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Allahın evinə necə əl qaldırmaq olar?” başlıqlı məqaləsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.
Mia.az xəbər verir ki, məqalədə səfir Q.Osmanov tərəfindən ermənilərin müharibə başa çatdıqdan sonra xristian kilsələri və abidələri mövzusunda isterikaya başladığı, bütün gücləri ilə müxtəlif ölkələri və beynəlxalq təşkilatları azad edilmiş Azərbaycan torpaqlarında xristian abidələrinin məhv edilməsi məsələsinə inandırmağa çalışdığını və nəticədə, Fransa Senatının erməni lobbisinin təsiri altında Dağlıq Qarabağın tanınmasına dair qərar qəbul etdiyini, sənədin Fransa hökuməti tərəfindən təsdiqlənmədiyini bildirilib.
Səfir məqaləsində ermənilərin bəhs etdikləri bütün tarixi və dini məbədlərin burada qədim zamanlardan bəri yaşamış albanlara məxsus olduğunu, ermənilərin bu ərazilərdə 1828-ci ildən sonra Rusiya imperiyası tərəfindən köçürüldüyünü və Qafqazda tarixi kökləri olmayan ermənilərin burada yaşadıqlarına dair süni şəkildə izlər yaratmaq məqsədilə alban abidələrinin özününküləşdirilməsi və milli mənşəyinin dəyişdirilməsi yolunu seçdiyini bildirib.
Səfir tarixin saxtalaşdırılmasının əsl cinayət olduğunu vurğulayıb.
Eyni zamanda, məqalədə səfir Q.Osmanov alban məbədlərinin bir qisminin ermənilərin özləri tərəfindən dağıdıldığını, Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı qeyd etdiyi Qərb siyasətçilərini bu barədə narahat olmamağa dair çağırışını xatırladaraq Azərbaycanda müxtəlif konfessiyaların, millətlərin nümayəndələrinin həmişə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, ölkəmizin ən tolerant İslam dövləti kimi tanındığını, habelə ölkəmizə müasir dünyanın ən mədəni və savadlı liderlərindən birinin rəhbərlik etdiyini diqqətə çatdırıb.
Məqaləsinin sonunda Q.Osmanov 30 ili ərzində Azərbaycan rəhbərliyinin dəfələrlə dünya ictimaiyyətinə ermənilərin müsəlman məbədlərinə təcavüzünün dayandırılması çağırışı ilə müraciət etdiyini, bölgədəki 67 məsciddən 64-nün tamamilə dağıdılması və bunlardan üçündə donuz da daxil olmaqla mal-qaranın saxlanılmasına göz yumulduğunu, ermənilərin vandalizminin XXI əsrdə normal davranış olmadığını və beynəlxalq təşkilatların bu həqiqətə diqqət yetirmələrinin vacib olduğunu bildirib.
Qeyd edək ki, səfirin məqaləsi Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “İPN” və “Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində dərc edilib.
Məqalə ilə qeyd edilən link vasitəsilə tanış olmaq mümkündür:
MİA.AZ
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib