Azərbaycan Premyer Liqasında daha 3 oyun təxirə salınıb

img

03-12-2020 [20:27]


Azərbaycan Premyer Liqasında daha 3 oyun təxirə salınıb.

Məlumata görə, buna koronavirus pandemiyası səbəb olub.

XII turun dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də ertəsi gün baş tutması nəzərdə tutulan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb. Görüşlərin tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası verəcək.

Qeyd edək ki, XII turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq/APAsport.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA