Prezident BMT-nin xüsusi sessiyasında: "Dünya ictimaiyyəti ən ciddi səhiyyə böhranı ilə üzləşib" - Çıxışın tam mətni
03-12-2020 [19:15]
Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sessiyada videoformatda çıxış edib.
-Hörmətli cənab Sədr.
Hörmətli dövlət və hökumət başçıları.
Xanımlar və cənablar.
Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət adından çıxış etməkdən şərəf duyuram.
Aktual qlobal məsələlərə və çağırışlara cavab vermək üçün çoxtərəfli mühüm forum olan BMT-nin 75 illiyini qeyd etdiyimiz bir vaxtda narahatlıq doğuran çoxlu sayda yeni sahələrin meydana çıxmasını təəssüf hissi ilə bildiririk. Həmin narahatlıqlar BMT Nizamnaməsinin və “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin təməlində duran multilateralizmə və beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sadiqliyimizi yenidən nümayiş etdirməyi tələb edir.
Bunun bariz nümunəsi Qoşulmama Hərəkatı tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətlərinin böyük dəstəyidir. Digər məsələlərlə yanaşı, bu, Qoşulmama Hərəkatının üzv dövlətlərinin möhtəşəm uğurudur. Çünki biz bu il həm də beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyini qeyd edirik. Bununla əlaqədar, Xüsusi Sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə mən Hərəkat adından BMT-nin üzv dövlətlərinə və Baş Assambleyanın Sədrinə səmimi təşəkkürümüzü bildirmək istərdim.
2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib. Hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirmiş və insanların yaşayışına sarsıdıcı təsir göstərmişdir.
Pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil etmişdir. Həmin toplantının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəlmişlər.
Məmnuniyyətlə qeyd etmək istərdik ki, pandemiya ilə bağlı tədbirlərin görülməsi zamanı Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasını istinad mənbələrindən biri kimi istifadə edir.
Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir. Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir.
Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.
Həmçinin narahatlıq hissi ilə onu da qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir.
Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır.
COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq.
Cənab Sədr, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər.
Bu Xüsusi Sessiya beynəlxalq əməkdaşlıq və multilateralizmə sadiqliyin bir daha təsdiq edilməsi və gücləndirilməsi, habelə ən yaxşı təcrübələrin vurğulanması kimi geniş məqsədlərə xidmət edəcək. Xüsusi Sessiyada həm də pandemiyaya qarşı mübarizədə üzv dövlətlərin üzləşdiyi çağırışlar nəzərdən keçiriləcək və üzv dövlətlər, müşahidəçi dövlətlər, müşahidəçilər, BMT-nin aidiyyəti agentlikləri, qurumları və digər maraqlı tərəflər arasında açıq və şəffaf müzakirələrdə BMT-nin mərkəzi roluna dair fikir mübadiləsi aparılacaq.
Sessiya çərçivəsində səmərəli müzakirələrin aparılacağına inanırıq. Sağ olun.
Xırdalanda qohumlar arasında dava: kişiyə 4 bıçaq zərbəsi vuruldu
ABŞ səfirinin bəyanatına rəsmi Moskvadan sərt etiraz: "Dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın" - Rusiya ilə Amerika arasında qalmaqal
Şahbuz rayonunda zəlzələ olub
Bu şəxslərə hərbi xidmətdən 3 ay möhlət veriləcək
Salyan rayonunda 25 yaşlı kişi intihara cəhd edib
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə!
Müdafiə Nazirliyi Kəlbəcərdən növbəti görüntülər yayıb - VİDEO
İcra başçısı istefa verən bələdiyyə sədrinə yüksək vəzifə verdi
Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Ərdoğan "Sən niyə Ermənistanla savaşırsan?” sualına belə cavab verdi: "Çünki mənim dostuma, soydaşlarıma təcavüz edir”
Hikmət Hacıyev: "Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır"
"Xəbər məni olduqca kədərləndirdi" - Prezident İlham Əliyev Zelenskiyə məktub göndərib
Moskvada mitinq qarşıdurmaya çevrilib - Saxlanılanlar var
Deputatdan şok ittiham: "“Azəriqaz” İstehsalat Birliyi vətəndaşların "cibinə girir" - "Bu qurumda fırıldaq aparatı yaradıblar"
“İmişli-Quşçuluq” iflas olunduğunu elan edib
Mikayıl Cabbarov SOCAR-da mühüm vəzifəyə gətirildi - Prezident onlara da yeni vəzifə verdi + SİYAHI
Şəhid əsgər Gəncədə dəfn olunub - FOTO
PREZİDENT SOCAR-la BAĞLI FƏRMAN VERDİ: 7 nəfərdən ibarət Müşahidə Şurası yaradıldı - Daha nələr olacaq?
Prezident İlham Əliyev ona “Şöhrət” ordeni verdi - Sərəncam
İranda daha 6207 nəfər koronavirusa yoluxub
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artacaq
Vilayət Eyvazovdan Gəncə polisi ilə bağlı daha bir dəyişiklik - Şəhərin yol polisinə yeni rəis təyin olundu
Azərbaycan yığması oyunlarını Belçikada keçirəcək
Bu deputatlar AŞPA-nın qış sessiyasına qatılacaq - MM-dən açıqlama
PROKURORLUQ DAHA İKİ RAYONDA ƏMƏLİYYAT KEÇİRDİ: vəzifəli şəxslər saxlanıldı - İlk rəsmi açıqlama
Müdafiə Nazirliyi Cəbrayıldan yeni görüntülər yaydı - VİDEO
Emin Əmrullayevdən ali təhsillə bağlı daha bir - İzahat
Şəhid baş leytenant Qubada dəfn edilib - FOTOLAR
Vilayət Eyvazov daha bir polis rəisini vəzifədən azad etdi
DİN-dən sosial şəbəkə istifadəçilərinə - Xəbərdarlıq
TƏBİB: "Vaksinasiya könüllü və dövlət hesabınadır”
Vüqar Səfərli haqqındakı həbs qərarından şikayət verib
Rusiyada daha 20921 nəfərdə koronavirus aşkarlanıb
AMEA-da yeni aparat və xidmət qurumları yaradılıb
"Turan" klubunun keçmiş prezidenti vəfat edib
NAZİR AZAD RƏHİMOVLA BAĞLI SENSASİYALI XƏBƏR YAYILDI: o, təcili ABŞ-a aparılıb və... - Hospital və ailəsindən açıqlamalar
Sabahın hava proqnozu açıqlandı
Bayden Kanadanın Baş naziri ilə telefonda danışıb: "Çiyin-çiyinə işləməyə razılaşdıq"
Gürcüstanda daha 998 nəfərdə koronavirus aşkarlanıb
Ermənistanda daha 198 nəfər koronavirusa yoluxub
Azərbaycan nefti ucuzlaşdı
Bayden: "Biz cəsarətlə və qətiyyətlə hərəkət etməliyik"
Ukraynada matəmin elan olunub