Lavrov ATƏT-ə yeni təklif verdi: "Qeyri-formal işçi qrupu yaradılmalıdır"
03-12-2020 [16:57]
Rusiya ATƏT-in effektivliyinin artırılması üçün qeyri-formal işçi qrupun yaradılmasını təklif edib.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici işlər nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.
"Gələcək İsveç sədrliyinə ATƏT-in effektivliyini yüksəltmək üçün qeyri-formal işçi qrupu təsis etməyi təklif edirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov bildirib ki, ATƏT-dəki islahat şəffaflığın artmasına və katibliyin, institutların işinin və seçkiləri müşahidə metodologiyasının təkmilləşdirilməsinə, tədbir proqramlarının və XİN Şurasına hazırlığın optimallaşdırılmasına, büdcə prosesinin yaxşılaşdırılmasına istiqamətlənməlidir.
Onun sözlərinə görə, bu, sıfırdan başlamaq üçün bir çağırış deyil: "Son onilliklər ərzində formalaşmış, bir-biri ilə əlaqəli ATƏT öhdəliklərinin kompleksinə yeni nəfəs gətirmək vacibdir. Əgər təşkilata üzv dövlətlərin özü tərəfindən ATƏT-ə ehtiyac duyulmursa, onda onun gələcəyi olmayacaq. ATƏT-in yeni vəzifəli şəxsləri bu vəziyyəti tam şəkildə dərk etməli, öz praktiki işlərində həyəcanlandırıcı tendensiyanı nəzərə almalıdırlar. Onlar bu və ya digər dövlətlərin təklifləri ilə deyil, əsas qaydaların və konsensus prinsipinin möhkəmləndirilməsi naminə qərəzsiz və məsuliyyətli hərəkət etməlidirlər”/APA.
Sabiq nazir 75 yaşında vəfat edib
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq