Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri səfir Qüdsi Osmanovla görüşüb - FOTO 

img

03-12-2020 [11:20]


Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Aureliu Çokoy Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov ilə görüşüb.

Səfirlikdən Mia.az-a veirlən  məlumata görə, görüşdə rəsmilər ikitərəfli münasibətlərlə bağlı gündəlikdə duran məsələləri və Qarabağ bölgəsindəki son vəziyyətə dair fikir mübadiləsi aparıb.

Həmsöhbətlər Kişineu və Bakının diplomatik qurumlarının rəhbərləri arasında son telefon danışığı zamanı əldə olunan razılaşmaya əsasən iki ölkənin Xarici İşlər Nazirlikləri arasında dialoqa və ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsinə dair gələcəkdə ikitərəfli siyasi münasibətlərin dərinləşdirilməsi potensialını müzakirə edib.

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR