Nurməhəmmədov bu məbləğə karyerasını bərpa edə bilər

img

02-12-2020 [16:20]


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını 100 milyon dollar qarşılığında bərpa edə bilər.

TASS xəbər verir ki, bu barədə 32 yaşlı döyüşçü mətbuat konfransında bildirib.

Nurməhəmmədov deyib ki, UFC prezidenti Dana Uayt ona, böyük ehtimalla, pul təklif edəcək: "Bu, 100 milyon dollar olarsa, həlli mümkün problem olacaq. Görək, nə təklif edəcək".

Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR