"Kəpəz"in baş məşqçisi: "Hakim təhqirlə emosional danışığı səhv salıb"
01-12-2020 [22:49]
I Divizionun VII turunun "Turan Tovuz"la ev matçında baş hakim Nicat İsmayıllını təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan "Kəpəz" klubunun baş məşqçisi Yaşar Vahabzadə qərara münasibət bildirib.
60 yaşlı mütəxəssis referini söymədiyini deyib.
O, sadəcə, bəzi oyun epizodları ilə bağlı öz iradlarını emosional şəkildə bildirdiyini vurğulayıb: "Komanda uduzub, istər-istəməz emosiya olur. Matçdan sonra baş hakimə yaxınlaşıb, iradlarımı çatdırdım. O da mənə qırmızı vərəqə göstərdi. Protokolda niyə elə yazdığını bilmirəm".
Vahabzadə referinin təhqirlə emosional danışığı səhv saldığını söyləyib: "Təhqir odur ki, kimisə söyürsən, alçaldırsan. Mən isə bunu etməmişəm. Baş məşqçiyəm, haqlı iradlarımı bildirmişəm. Penalti qərarını qoyaq kənara, buna mütəxəssislər qiymət versin. Amma iki epizod oldu ki, fikrimcə, mən tam haqlıyam. İkili mübarizə zamanı oyunçum yerdə qalır, ağzı partlayır, hakim cərimə zərbəsi təyin etmir. Məgər, futbolçu ağzını özü partladıb? Deməli, zərbə dəyib. Oyunun əsas vaxtına 2 dəqiqə əlavə edir. 2 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirilib, həkimlər meydana çıxıblar, 3 əvəzetmə olub. Niyə bunları nəzərə almırsan"?
Baş məşqçi Nicat İsmayıllının 2019/2020 mövsümündə "Sumqayıt-2" ilə oyun zamanı da "Kəpəz"in qapısına penalti təyin etdiyini xatırladıb: "Sonra həmin epizodun təkrarına baxdılar. Orada penaltidən söhbət belə gedə bilməzdi. O matçda da 0:1 hesabı ilə uduzmuşduq. Bu referinin bizə qarşı qərəzli olub-olmadığını deyə bilmərəm. Babal yumaq istəmirəm".
Yaşar Vahabzadə qərardan apellyasiya şikayəti verəcəklərini bildirib: "Protokolda başqa şey də yaza bilərdi. Belə çıxır ki, onun fikri qəbul olunur, mənimki yox? Sabah klub şikayət edəcək".
Qeyd edək ki, "Kəpəz" Qərb derbisində "Turan Tovuz"a 2:3 hesabı ilə uduzub/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"