"Neftçi" - "Turan" oyununda kütləvi dava: referi döyüldü

img

01-12-2020 [19:35]


Özbəkistan Pro-liqasının son turunun "Neftçi" - "Turan" oyunu kütləvi dava ilə başa çatıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Superliqaya vəsiqə uğrunda matçda 0:1 hesabı ilə uduzan meydan sahiblərinin futbolçuları final fitindən sonra baş hakimə hücum çəkiblər. Oyunçulardan biri ayaq zərbəsi ilə referini yerə sərib.

Ardınca Fərqanə təmsilçisinin azarkeşləri də meydana daxil olaraq, davada iştirak ediblər.

"Neftçi" futbolçularının narazılığının səbəbi hələlik məlum deyil. İnsidentlə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra ikinci pillədə qalan "Neftçi" Superliqaya çıxmaq şansını itirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA