Rusiya Müdafiə Nazirliyi Laçınla bağlı açıqlama yaydı: "Bu, razılıq çərçivəsində verilməsi planlanan üç rayondan sonuncusu idi"

img

01-12-2020 [17:04]


Rusiya Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında Laçın rayonunun bu gün Azərbaycanın nəzarətinə verildiyini söyləyib.

“Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatına müvafiq olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan tərəfinə verilib. Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”, - deyə Rusiya MN rəsmisi vurğulayıb.

İ. Konaşenkov Laçın dəhlizinin 5 kilometr enliyində Rusiya sülhməramlılarının nəzarəti altında olduğunu da söyləyib: “Bu dəhlizlə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanları yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki avtonəqliyyatın hərəkəti təmin olunur”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR