Beynəlxalq hava nəqliyyatı əlaqələrinin 2-3 il ərzində tam bərpa olunacağı proqnozlaşdırılır

img

01-12-2020 [16:34]


Beynəlxalq hava nəqliyyatı əlaqələrinin 2-3 il ərzində tam bərpa olunacağı proqnozlaşdırılır.

Bunu Rusiyanın "Aeroflot" şirkətinin baş direktoru Mixail Poluboyarinov deyib. 

Onun sözlərinə görə, proqnozlar fərqlidir, lakin ümumilikdə, beynəlxalq aviasiya əlaqələrinin və müvafiq həcmlərin 2-3 ilə bərpası gözlənilir.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında "Aeroflot"un gəliri illik ifadədə 55,3% azalaraq 234,213 mlrd. rubl (3,081 mlrd. ABŞ dolları) təşkil edib. Aviaşirkətin xalis zərəri ötənilki 20,305 mlrd. rubl (267,123 mln. dollar) mənfəət qarşı 79,406 mlrd. rubl (1,044 mlrd. dollar) olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR