ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ NƏ QƏDƏR TƏQAÜD VERİLƏCƏK? - Məbləğ açıqlandı
01-12-2020 [19:12]
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov paylaşım edib.
O bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir:
Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar.
- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.
Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub".
F.Talıbov qeyd edib ki, ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir:
"İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.
Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır".
Prezidentin köməkçisindən ATƏT və Bayden iqtidarı ilə bağlı mühüm mesajlar: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə verə bilər"
Xırdalanda partlayış: 9 nəfər dağıntılar altından çıxarılıb, 1 nəfər axtarılır - FHN və "Azəriqaz"dan açıqlamalar + SİYAHI/VİDEO
Avropa Şurasından Qarabağla bağlı açıqlama: "Bu barədə yol xəritəsi təqdim edəcəyik"
Türkiyədə COVİD-19: son gündə daha 5642 nəfərdə aşkarlanıb
Müdafiə Nazirliyi Füzulidən daha bir görüntü yaydı - VİDEO
Energetika Nazirliyində İctimai Şura yaradılacaq
Azərbaycan Kuboku: "Sabah" "Kəpəz"ə uduzdu
ABŞ-da daha 130485 nəfərdə koronavirus aşkarlanıb
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Bu qurum da Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verildi - Prezidentdən daha bir dəyişiklik
Prezident daha bir sərəncam imzaladı
Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində tarixi abidələr aşkar edildi - FOTOLAR
AŞPA-nın vitse-prezidentləri seçilib - SİYAHI
Ombudsman Aparatının əməkdaşları həbsdə olan sayt rəhbəri ilə görüşüb: "Hazırda o, koma vəziyyətində deyil..."
"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85%-i ötüb
Putin aksiyalara FTB-nin "gözü" ilə reaksiya verdi: "Bizim əllərimiz uzundur, hər kəsə əlimiz çatar, hər kəsi içəri atarıq”
Özil "Fənərbağça"dan 3 milyon avro maaş alacaq
Britaniya səfiri Birinci vitse-prezidentin köməkçisi ilə görüşüb - Qarabağla bağlı müzakirə + FOTO
Azərbaycan Gimnastika Federasiyasında yeni təyinatlar oldu - SİYAHI
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müdafiə Nazirliyi Füzulidən növbəti görüntülər yaydı - VİDEO
Dünya bazarlarında neft qiymətləri bahalaşır
Bazarda kənd toyuğu axtararkən başıma girən mövzu...
İranlı professoru ABŞ-da həbs edilib
Putin Navalnının ittihamından danışdı: "Orada heç nə mənə və yaxın qohumlarıma aid deyil..."
"Mən də nazir işləmişəm, amma heç zaman qohumlarımı vəzifəyə qoymamışam" - Partiya sədri "Azəriqaz"ın rəhbərini "yıxıb-sürüdü"
Rəsmi Bakı rus deputatın adını "qara siyahı"ya saldı: "Onun münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir"
Putin: “Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşir”
Roman Abramoviç Lempardla yollarını ayırıb
AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib
XƏSTƏXANA DİREKTORU BELƏ SAXLANILDI - Azərbaycanda + VİDEO
Rusiya XİN-dən Lavrov-Zərif görüşü ilə bağlı açıqlama: "Qarabağdakı vəziyyət əsas müzakirə mövzularından biri olacaq"
Hendrik Daems yenidən AŞPA prezidenti seçilib
İranda daha 6309 nəfər koronavirusa yoluxub
Türkiyə XİN başçısı: “Fərman İsmayılovun cənazəsi Qabona gətirilib”
Erməni nazir: "İranla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollara yüksələcək"
Milli Məclisin deputatları və işçiləri peyvənd olunacaq
800-dən çox saxta arayış, sosial şəbəkələrdə yalan xəbər, korrupsiya və... - Prokurorluq hesabat yayıb
Şabranda ev yanıb, iki uşaq xəstəxanaya yerləşdirilib