Kreml: "Dnestryanıda status-kvonun dəyişməsi qeyri-sabitliyə səbəb ola bilər"

img

30-11-2020 [14:47]


Dnestryanıda status-kvonun dəyişməsi qeyri-sabitliyə səbəb ola bilər.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı mövzusunu və qəfil hərəkətlərin olmasını müzakirə etməyə ümid edir: “Rusiya çox vacib funksiyaları icra edir. Sözsüz ki, beynəlxalq hüququn ruhuna və hərfinə əsaslanan status-kvonun dəyişməsi əlbəttə ciddi qeyri-sabitliyə gətirib çıxara bilər. Ona görə də ümid edirik ki, hər şey müzakirə olunacaq və bu planda hansısa qəfil hərəkətlər edilməyəcək”.

Qeyd edək ki, Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını Rusiya rəhbərliyi ilə müzakirə etmək niyyətində olduğunu bəyan edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR