Millimizin koronavirusa yoluxan futbolçusu: "İki gün belim ağrıdı"

img

30-11-2020 [14:33]


"Özümü çox yaxşı hiss edirəm. Gözləyirəm ki, 10 gün keçsin, gedib yenidən test verim və məşqlərə başlayım".

Bu fikirləri "Keşlə"nin və Azərbaycan millisinin koronavirusa yoluxmuş futbolçusu Şəhriyar Əliyev deyib.

28 yaşlı müdafiəçi səhhəti ilə bağlı problemin olmadığını söyləyib: "X turda "Zirə"yə 1:3 hesabı ilə uduzduğumuz matçdan sonra iki gün belim ağrıdı. Həftəlik məşqimi etdim. Beşinci gün test müsbət oldu, şənbə günü növbəti testdə də eyni hal baş verdi. Dedilər ki, evdə gözləməlisən. Dərman da qəbul etmirəm. Bir şey də yoxdur ki, dərman atım. Sadəcə, oturmuşam, növbəti test verəcəyim vaxtı gözləyirəm".

Qeyd edək ki, Şəhriyar Əliyev noyabrın 29-da X turun "Sabah"la 1:1 hesablı etdikləri matçı buraxıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR