İraqda neft emalı müəssisəsinin yanacaq anbarına raket atılıb

img

30-11-2020 [13:53]


İraqın Səlahəddin regionundakı neft emalı müəssisəsinin yanacaq anbarına raket atılıb.

Məlumata görə, ölkənin ən böyük neft emalı müəssisəsinin yerləşdiyi Bayci şəhərindən cənub-qərbdə yerləşən həmin ərazidə baş verən hadisə nəticəsində yanğın baş verib. Bu barədə ölkənin Neft Nazirliyi açıqlama verib.

Hadisə yerinə yanğın xidməti bölmələri cəlb edilib, yanğın bir neçə saata söndürülüb.

Bu hücumun məsuliyyətini üzərinə götürən İŞİD müəssisəyə iki ədəd “Katyusha” raketi atdıqlarını bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA