PAŞİNYAN QARABAĞLA BAĞLI DANIŞIQLARIN DETALLARINI AÇIQLADI: "Putin təəccübləndi ki...."
30-11-2020 [09:00]
Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatlar zamanı Qarabağla bağlı danışıqların necə getdiyi barədə gün ərzində ikinci bəyanatla çıxış edib.
O, bu bəyanatı “Facebook” səhifəsində yayımlayıb.
Onun sözlərinə görə, oktyabrın 19-da “DQR” in rəhbəri Araik Arutyunyan ona zəng edib. O, nəinki öz fikrini, həm də Qarabağ separatçılarının sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyanın, həmçinin Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosya, Robert Koçaryan və Serj Sarqsyanın mövqelərini çatdırıb.
Bundan sonra Paşinyan, Rusiyanın təkliflərinin məntiqinə uyğun olaraq, hərbi əməliyyatların dayandırılmalı olduğunu deyən Rusiya Prezidenti Vladimir Putinə zəng edib: Qarabağın statusu məsələsinin həllini təxirə salmaq, keçmiş DQMV ətrafındakı rayonları vermək, Rusiya sülhməramlılarını yerləşdirmək.
Paşinyan bildirib ki, o vaxt səslənən təklifə görə, sülhməramlılar keçmiş DQMV-nin sərhədləri boyu və Laçın dəhlizində yerləşməli idilər.
Baş nazir bu variantı Qarabağ separatçılarının başçısına çatdırıb və Araik Arutyunyan razılaşdığını bildirib. Bundan sonra Paşinyan parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə müşavirə çağırıb və qəbul etdiyi qərarı təqdim edib. Görüşün bir çox iştirakçıları narazılıqla reaksiya veriblər, müşavirədən sonra isə bəziləri sosial şəbəkələrdə yazıblar ki, Qarabağ uğrunda ümumxalq mübarizəsini əngəlləyənlər xəyanətkardırlar, başqa adları yoxdur.
Elə həmin gün Paşinyan parlament fraksiyalarının nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının (TŞ) iclasını da toplayıb. İclasda respublikanın prezidenti və bütün ermənilərin katolikosu da iştirak ediblər.
“Müxalifəti əmin etdim ki, onların üzərinə heç bir məsuliyyət qoymayacağam. Sadəcə, bu addımı atıram ki, xalqda ondan gizli nəsə bir şey etmək istədiyim barədə fikir yaranmasın”, – deyə o, bəyan edib.
Onun sözlərinə görə, o vaxt o, açıq bəyanatla çıxış etsəydi, Azərbaycan təklif olunan ssenaridən imtina edərdi, Ermənistan tərəfi isə çətin vəziyyətə düşərdi. Buna görə də TŞ-nin iclasından sonra Paşinyan Putinə zəng edib və bu təklifə razı olduğunu bildirib. Putin cavab verib ki, bu məsələləri səhərə qədər Əliyevlə müzakirə edib nəticəsini Paşinyana deyəcək.
Növbəti gün səhər Bako Saakyan və Arkadi Qukasyan Paşinyanla görüşdə bildiriblər ki, Qarabağın statusu dəqiqləşdirilmədən hər hansı Sazişə qarşı çıxırlar. Baş nazir hesab edir ki, əslində, onlar bunu həm də Ermənistanın keçmiş prezidentlərinin adından bəyan ediblər.
“Lakin bütün bunlar vacib deyildi, çünki mən artıq qərar qəbul etmişdim və işi axıra çatdırmaq istəyirdim”, – deyə Paşinyan bildirib.
Ertəsi gün Rusiya Prezidenti, şərtləşdikləri kimi, zəng edib. O bildirib ki, Əliyev buna razıdır, lakin sülhməramlılar keçmiş DQMV — nin sərhədləri boyu deyil, faktiki təmas xəttinin uzunluğu boyu yerləşdirilməlidir-çünki Hadrut və Talış Azərbaycanın nəzarəti altındadır və onlar tutduqları mövqedən geri çəkilməyə razı deyillər. Bundan başqa, Ermənistan tərəfi öhdəlik götürməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaqlar.
“Beləliklə, atəşin dayandırılması mümkün olmadı, çünki mən dedim ki, Hadrutla razılaşsam belə, Şuşanın verilməsini təsəvvür edə bilmirəm. Rusiya Prezidenti təəccübləndi ki, mən nə üçün azərbaycanlıların qayıtmasının əleyhinəyəm. Mən öz arqumentlərimi təqdim edəndə, o, dedi ki, onlar məntiqlidir”, – deyə Paşinyan bildirib və əlavə edib ki, bu halda şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olardı və Xankəndinə (Stepanakert) yolu kimin və necə idarə etməsi məsələsini qaldırardı.
Paşinyan əmindir ki, əgər Şuşa ilə bağlı bu ssenariyə razılıq versəydi, Azərbaycan yeni şərt irəli sürərdi – Şuşadan Qırmızı Bazar kəndinə gedən yola nəzarətlə bağlı.
Virtualaz.org
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları