Rus jurnalistin Qarabağdan maraqlı reportajı: "Bir çox ermənilər üçün ən çox narahatedici olanı budur ki..." - FOTOLAR

img

28-11-2020 [17:58]


Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla “birləşdirən” və illər əvvəl açılmış ikinci, strateji əhəmiyyətli dəhliz ordumuzun nəzarətinə keçdi. Ona görə də Dağlıq Qarabağla Ermənistan arasında gediş-gəliş artıq üç gündür ki, yeganə dəhlizlə-Rusiya sülhməramlılarının nəzarətində olan Gorus-Laçın-Şuşa-Xankəndi yolu ilə həyata keçirilir.

Rusiyalı jurnalist Andrey Borodulin ridus.ru layihəsi üçün hazırladığı reportajda yoldakı vəziyyətdən bəhs edir. Bildirir ki, indi Rusiya ordusunun azı 10 blok-postundan keçməklə və erməni polisinin nəzarəti altında Ermənistandan Dağlıq Qarabağa gedib-gəlmək mümkündür.

Şuşa ətrafından Xankəndi belə görünür

Yol kənarlarından yanmış maşınların və vurulmuş zirehli texnikanın qalıqları hələ yığışdırılmayıb, dağ aşırımının yüksək nöqtələrində artıq qar örtüyü  var, amma bu yolda trafik son ay yarımla müqayisədə xeyli canlanıb. Məsələ bundadır ki, indi Dağlı Qarabağa aparan iki yoldan biri açıqdır. Noyabrın 24-dən 25-nə keçən gecə Azərbaycan Vardenis-Mardakert (Ağdərə) yoluna nəzarəti tam ələ aldı”,-reportajda deyilir.

Rusiyalı jurnalist qeyd edir ki, şimal yolunun bağlanmasından sonra cənub yolu ermənilər üçün faktiki olaraq dalana çevilib: “Geriyə qalan cənub yolunda bir çox ermənilər üçün ən çox narahatedici, yaxud təhqiredici olanı budur ki, onlar Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün yanından ötüb keçməlidir”.

Reportajda qeyd olunur ki, yolun “erməni”  tərəfində jurnalistləri görən Azərbaycan əsgərləri ya zarafatla, ya xəbərdarlıq məqsədi ilə səsgücləndiricilərdən öz milli mahnılarını, marşlarını səsləndirirlər.

“Rusiya əsgərləri hərçənd onlardan 30 metr məsafədə dayanıblar, amma belə görünür ki, saundtrekin yerli atmosferə uyğunlaşdırılmasında iştirak edə bilməzlər. Sülhməramlılar dostyana, dəqiq və sakit şəkildə blok-postlarda nəzarəti həyata keçirirlər. Ermənilərin maşınlarını saxlasalar da onların vaxtını 2 dəqiqədən çox almırlar. Burada tipik dialoq təxminən belədir:

-Salam, haradan gəlib hara gedirsiniz? Maşında silah var?

-Yox. Stepanakertdən (Xankəndi) Yerevana, müalicəyə (və ya ailəmin, qohumlarımın yanına, Gorusa ərzaq dalınca və s…) gedirəm.

-Sağ olun, yaxşı yol!

“Ermənilərin həyat yolunun” bir hissəsi sözün əsl mənasında Azərbaycan əsgərlərinin mövqeyi ilə kəsişir, hündür hasarın arasından onları görmək olur.

Laçında Rusiya BTR-i və qoca erməni

Lakin burada təxribat və ya münaqişələr baş verməyib, Şuşadan çıxışda qurulmuş blok-posta məsul olan Azərbaycan zabiti də bunu təsdiqləyir. O qeyd edib ki, Azərbaycan əsgərləri gözləyirlər: artıq dekabrın 1-də Qarabağa gələn cənub yolu onlar üçün də açıq olacaq. Dekabrın 1-i indiki Qarabağ münaqişəsinin ən mürəkkəb “pazlarından” biridir.

Qışın girəcəyi gecədə ermənilər Azərbaycana üçtərəfli razılaşmada nəzərdə tutulan sonuncu ərazini-Laçın rayonunu təhvil verməlidir.

Hazırda həmin ərazilərdə ermənilər qalmaqdadır. Amma daha uzunmüddətli sual: “erməni Qarabağına” aparan yeganə yolda “dinc sakinlər” və Azərbaycan ordusunun məsələn, Şuşa qarnizonuna gedən hərbi texnikası necə bir yerdə gedəcək. Bir məsələ aydındır: dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməsindən sonra Rusiya sülhməramlılarının işi daha da artacaq”,-rusiyalı jurnalist yazır/Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı