"Ermənilər qızıl yatağın bizə məxsus olan hissəsini məhv etməyə çalışıblar" - Nazirlik rəsmisi
28-11-2020 [18:11]
Noyabrın 25-də 27 illik erməni işğalından azad edilən Kəlbəcər rayonunda yerləşən Söyüdlü (ermənilər “Zod” adlandırır – red.) yatağının hansı tərəfdə qalacağı mübahisələrə səbəb olub.
Qeyd edək ki, 112 ton qızıl ehtiyatları olan yataq Cənubi Qafqazda başqa yataqlarla müqayisədə ən yüksək iqtisadi göstəricilərə malikdir – 1 ton filizdə 7,3 qram qızıl.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev Turan-a açıqlamasında yataqla bağlı bir çox məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədi SSRİ vaxtında keçən xətlə bölündüyü təqdirdə “Zod-Söyüdlü qızıl mədəninin 74%-i Azərbaycanın Kəlbəcər rayonu ərazisində, qalanı Ermənistanda qalacaq:
“Bu yataqda aşqar azdır, qızıl tərkibi çoxdur. Onu istismar etmək asandır. Qafqazın bu ən böyük yatağının tərkibində qızıl az olan hissəsi Ermənistanda yerləşir. Bunu bilən erməni biznesmenlər Kəlbəcər rayonunun işğalından istifadə ediblər və intensiv olaraq məhz zəngin Azərbaycan hissəsində, böyük sahədə işləyiblər, bizim zonadan mümkün qədər çox filiz çıxarmağa çalışıblar. Ermənilər yatağın bizə məxsus olan hissəsini məhv etməyə çalışıblar ki, bizə heç nə qalmasın. Amma əminəm ki, 27 illik işğaldan və vəhşicəsinə mənimsənildikdən sonra da Söyüdlü yatağı boş deyil. Biz yaxın aylarda bu zonanın monitorinqinə, ziyanın qiymətləndirilməsinə başlayacağıq”.
Nazirlik rəsmisi bildirib ki, adıçəkilən yatağın istismarı perspektivlərinin müəyyən texnoloji və digər spesifik məqamları var:
“Bizim son illər “Zod” (“Sot”) yatağında operator olan Rusiya şirkəti ilə əlaqəmiz olmayıb. Noyabrın 25-dən etibarən Azərbaycan yatağın əsas hissəsi üzərində hüquqlarını özünə qaytarır”.
Əli Əliyevin sözlərinə görə, noyabrın 27-də nazirlikdə digər qızıl yatağı – Azərbaycanın Zəngilan rayonunda yerləşən Veynəli ilə bağlı müzakirələr aparılıb:
“Biz onunla bağlı bütün məsələləri qaldırmışıq və artıq yaxın günlərdə onun vəziyyətinin monitorinqinə və qiymətləndirilməsinə başlayacağıq”.
Ağdərə (Tərtər rayonunun ərazisi) yaxınlığındakı “Qızılbulaq” yatağına gəlincə, nazirlik nümayəndəsinin sözlərinə görə, Tərtər rayonunun qalan hissəsi azad edildikdən sonra o da Azərbaycanın yurisdiksiyasına düşür:
“Bu üç yataq – Söyüdlü, Veynəli və Qızılbulaq 1997-ci ilin avqustunda RV İnvestment-lə imzalanmış PSA müqaviləsinə daxildir. Biz özümüz ilkin monitorinq və qiymətləndirmə apardıqdan sonra bu şirkətin mütəxəssislərini bu yataqların vəziyyətinin qiymətləndirilməsinə cəlb edəcəyik. Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış azad edilmiş ərazilərdəki aktivlərin qiymətləndirilməsi üzrə komissiya fəal işə başlayıb və biz onun işinin, o cümlədən filiz yataqları ilə bağlı işinin nəticələrini daha sonra bölüşəcəyik”.
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb