"Yanukoviç, get!" - Kiyevdə millət ayaqda! - VİDEO

img

26-11-2013 [21:20]


Ukraynanın paytaxtı Kiyevdə artıq beşinci gündür ki, kütləvi etiraz aksiyaları keçirlir. Ölkə hökumətinin Avropa Birliyi ilə assosiativ sazişin imzalanmasını təxirə salmaq qərarına etiraz edən aksiyaçılar gecəni Kiyevin Avropa meydanında keçiriblər.

Səhər saatlarından etibarən isə aksiyaçılar hökumət qurumlarına doğru yürüşə başlayıblar. Nazirlər Kabinetinə doğru hərəkət edənlər "İşğala yox - Ukrayna Avropadır", "Yuliyaya azadlıq" şüarlarını səsləndirib. 

Kütləvi yürüşə qatılan müxalifət liderləri prezident Viktor Yanukoviçin istefasını tələb ediblər.

"Udar" partiyasının lideri Vitaliy Kliçko hökumətin Ukrayna dövlətinin maraqlarına uyğun olmayan və Avropaya inteqrasiya qanunlarına zidd olan qərar qəbul etdiyini deyib.

Siyasi şərhçilər rəsmi Kiyevin siyasi kursundakı 180 dərəcəli dönüşü, Rusiyanın təzyiqi altında baş verdiyini düşünür. Ukrayna hökuməti də ölkə iqtisadiyyatının Rusiya ilə ticarət sahəsindəki rəqabətdə sağ-salamat çıxa bilməyəcəyini etiraf edir. Belə ki, bir müddət əvvəl Kreml Ukraynadan ixrac olunan məhsullara qarşı məhdudiyyətlər tətbiq etmiş, Avropa Birliyi ilə saziş bağlayacağı təqdirdə, rəsmi Kiyevi ticarət baryerləri ilə də hədələmişdi.


anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA