"Nəriman İmanov Gəncəyə polis rəisi təyin olunmayıb" - DİN-dən yayılan xəbərə reaksiya

img

28-11-2020 [12:50]


Polis polkovniki Nəriman İmanovun Sumqayıt şəhər polis idarəsinin rəisi vəzifəsindən azad olunaraq, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, daxili işlər naziri Vilayət Eyvazovun bir neçə gün əvvəl imzaladığı əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq