Azərbaycanda daha 3712 nəfər koronavirusa yoluxub, 35 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

27-11-2020 [14:32]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 69 931 nəfər müalicə olunaraq sağalıb, 1 291 nəfər vəfat edib, aktiv xəstə sayı 38 591 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 402, ötən müddət ərzində isə ümumilikdə 1 682 234 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA