Paşinyan "cəbhədə layiq olduğumuz məğlubiyyəti əldə etdik" deyən iş adamını nazir təyin edib - VİDEO

img

27-11-2020 [12:39]


Cəbhədə vəziyyətin acınacaqlı olmasından bəhs edən iş adamı Vaan Kerobyan Erməstanda iqtisadiyyat naziri təyin olunub.

Mia.az “Report”a istinadla xəbər verir ki, V.Kerobyanın bir neçə gün öncə Qarabağda ikən “Al Jazeera”ya verdiyi açıqlama diqqətdən yayınmayıb.

O, Ermənistan ordusunun iddia edildiyiu kimi, güclü deyil, zəif olduğunu açıq etiraf edib: “Vəziyyətlə bağlı müxtəlif tezislər var idi: bizim ordu güclüdür, böyükdür, biz hər şeyi edə bilərik və s. Ancaq ictimaiyyətdə heç kəs gerçək durumu bilmirdi. İndi layiq olduğumuz məğlubiyyəti əldə etmişik”, - V.Kerobyan söyləyib.

Qeyd edək ki, V.Kerobyan bu vəzifədə noyabrın 24-də istefa verən Tiqran Xaçatryanı əvəzləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA