Kəlbəcərin murdar Sarkisdən təmizlənməsi... (Hekayə)
26-11-2020 [14:29]
Əli CABBAROV
***
Bu Sarkisdir, hamının yaxşı tanıdığı həmin erməni dığası. Əslində, mənim onunla daha bir işim qalmayıb. Qanmayıb, bir vaxtlar gəlib oturub Kəlbəcərdə, indi də yığışıb öz ölkəsinə gedir. Cəhənnəmə getsin! Günahları varsa, Allah böyükdür, öz cəzasını çəkəcək mütləq. Amma bu saqqal basmış Sarkisə bir balaca diqqət etsəniz onu siz də yaxşı tanıyacaqsınız.
Sarkisin hardasa əlli beş yaşı olar. Yəni hələ çox qocalmayıb. Bilirsiniz, erməninin qocası necə olur. Hələ qadınlarını demirəm. Sarkis əslən Ermənistanın Kəlbəcərlə həmsərhəd kəndlərindəndir. Ötən 90-cı illərdə köçüb buraya. O vaxtlar əsgərlikdən təzə gəlmişdi. Ailəsi geniş, evləri də balaca idi. Bir babat iş axtarırdı. Həmin dövr vəziyyət hər yerdə pis idi. Sovet hökuməti dağılmış, iş-güc də yox idi. Düzdür, dədə-babadan kartof əkər, çaxır çəkərdilər. Amma dolanışıq çox çətin idi. Eşidəndə ki, həmkəndliləri hər gün Qarabağdan maşın-maşın yağma daşıyır, gətirib satırlar, o da bir gün maşına oturub Kəlbəcərə üz tutdu. Sən demə var-dövlət burdaymış. Erməni yaraqlıları tərəfindən 10 saat içində Kəlbəcərdən çıxması üçün vaxt qoyulmuş azərbaycanlılar evlərində nə vardısa hamısını qoyub getmişdilər.

Həmin dövrlər Sarkis demək olar ki, hər gün Kəlbəcərin, Laçının Qubadlının boşılmış kəndlərinə gedir, əlinə düşəni sökür, sahibsiz qalmış mal-qaranı sürüb gətrirdi. Amma bir gün fikirləşdi ki, bəlkə elə gedib orada yaşasın. Nəyinə lazım, burda ev tiksin, su çəksin. Qarabağda villa kimi evlər qalmışdı. Hansını istəyirsən, get, qal. Xalı-xalçası da içində, hazır, döşəməli. Beləcə Sarkis qonşudakı göygöz Haykanuşla evlənib Kəlbəcərdəki evlərin birinə yerləşdi.

Kəlbəcər onlara düşərli oldu. Geniş ərazilərdə mal-qara saxlayır, yaxşı pul qazanırdılar. Tezliklə Sarkis özünə bir yük maşını da aldı. Burda hər şey su qiymətinə idi. Nə desən, havayı. Daş lazımdı, kənddəki azərbaycanlı evlərindən birini sök, apar. Şifer, taxta lazımdı, nə qədər desən. Köhnə ev əşyası, qab-qaşıq da sel kimi. Elə bil dünyadakı bütün ermənilərə yetəcək yağma qalmışdı. Haykanuşun da kefi kök idi. Amma ürəyində nəsə bir qorxu hissləri vardı bu erməni qızının. Birdən!.. Amma günlər sürətlə keçirdi. Burda onların düz yeddi uşağı dünyaya gəldi. Düzdü, oxmadılar, amma birtəhər daş-baş etdilər bir-ikisini. Böyük oğlu Vartan Xankəndində Araikin fermasında
işləyirdi. Ondan kiçiyi Armen də bir maşın alıb Pyatiqorskə taksavatlıq edirdi. Böyük qızı Anna da, ay parçası, Şuşada rəqqasədir. Onun da pulu çoxdur. O biriləri isə hələ balacadır. Fikri vardı ki, Fizulidə bir evə köçsün. Amma salamat bir ev tapa bilmədi. Dığalar hamısını dağıtmışdılar.
Üç-dörd il əvvəl, bir gün Haykanuş həyətin küncündəki toplanıb qalmış dəmir-dümürü Sarkisə göstərib, bunları burdan rədd elə, nə vaxtandır yığışıb qalıb, — dedi. Sarkis də, dər-dəmir nədi ay haxçıx. Bunlar qonşudakı evlərin divarlarından söküb yığdığım mis məftillər, evlərdən tapdığım qab-qazandır, yaxşı pula gedir. Aparıb satacam. Elə də etdi. Ertəsi gün nə vardısa bütün metalların hamısını maşina yığıb, düz Araz qırağına sürdü. Satıb-savdı. Bazarlıq edib, gələndə bir dənə də unitaz aldı. Bax, Sarkisi bütün dünyaya tanıdan həmin bu unitaz idi.
…Yaxşı alış-verişdən sonra kefi kökəlmiş Sarkis evə qayıdanda Haykanuşun gözləri kəlləsinə çıxdı. Əlini ətəyinə silib, ay kişi bu nədir yoxsa şəhərə köçürük? Bunu niyə almısan, başın xarab olub? - dedi.
- Ay haxçıx, başım olsaydı, niyə erməni olurdum, — dedi Sarkis. Görmürsən, unitazdır. Dünyadan xəbəri yoxdur, keçən il Beyrutdan qohumların qonaq gəlmişdi. Ölüb yerə girdim. Evdə yaxşı şeydir!

Haykanuş sevincindən göyə uçurdu. Xəyallara daldı. Birdən-birə özünü ev xanımı hesab elədi. Sağa-sola qaçır, sanki göylərdə uçurdu. Həyatından çox razıydı.
Amma nə oldusa birdən oldu. Sarkislə Haykanuşun 20 ildən artıq yağ-bal içində yaşadığı Kəlbəcər günlərinin sonu gəldi. Bir ilıq payız günü hər şey bir anda dəyişdi. Sanki yer-göy qovuşmuşdu. Gizlənməyə yer də yoxuydu. Azərbaycan Ordusu gəlirdi. Həm də ildırım sürətilə. Haykanuşun ürəyindəki həmin qorxu hisləri çin çıxmışdı. O da sanki birdən yuxudan ayılmışdı. Axı, bura onların deyildi. Evin sahibi gəlmədən yığışıb getmək vaxtıdır. Yoxsa iti qovan kimi qovacaqlardı onları. Əllərinə keçəni toplamağa başladılar. Evi yandırmadan qabaq nə vardısa hamısını maşına yığmaq istəyirdilər. Elə Sarkisin nə həvəslə aldığı bu uintaz da həmin gün xarici jurnalistin kamerasına tuş gəldi. Və beləcə, bütün ermənilərin başını uca edən Sarkisi bütün dünya tanıdı.
Bu söhbətdən artıq bir həftə keçib. Şələ-şüləsinin yığışdırmış Sarkis artıq evinə çatıb. Amma sonra eşitdik ki, yol qanqaraçılıqla bitib. Unitaz maşındaca qırılıb.
Necə deyərlər, olmayasan, tələsik iş!
Müəllifin digər yazıları
Azərbaycan əsgəri dünyanı erməni faşizmindən xilas edəcək...
https://www.mia.az/w1000431/1000431
Sahibsiz qalmış Mişa və ya erməni xislətinin acı sonluğu.
"Əsgərlərimizdə həmişə böyük ruh yüksəkliyi var..." - Leytenant Elton ...
BAKI-XANKƏNDİ-ŞUŞA TURİZM MARŞRUTU... - Beynəlxalq Turizm ...
https://www.mia.az/mobil/1001672
İşğal sonrası Qarabağ iqtisadiyyatı - Turizm
https://www.mia.az/mobil/1002342
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb