Türkiyə və İranın Azərbaycandakı səfirləri Dağlıq Qarabağla bağlı son vəziyyəti müzakirə ediblər

img

26-11-2020 [13:53]


Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi görüşüblər.

Bu barədə İranın Azərbaycandakı səfiri “Twitter”də bildirib.

“İkitərəfli əlaqələrimiz, eyni zamanda Azərbaycanla münasibətlərimiz və Dağlıq Qarabağla bağlı son vəziyyət barədə fikir mübadiləsi apardıq”, - deyə iranlı diplomat qeyd edib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR