Paytaxt polisinin sözçüsünə DİN-də yüksək vəzifə verildi - Elşad Hacıyev şöbə rəisi təyin edildi

img

26-11-2020 [12:59]


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

Məlumata, müvafiq əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.

E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR