Zlatan İbrahimoviç: “Maradona ölməyib, ölməzdir"

img

26-11-2020 [10:45]


İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç argentinalı Dieqo Maradonanın ölümü ilə bağlı fikirlərini bildirib.

Məlumata görə, isveçli superulduz instaqram səhifəsindən paylaşımı zamanı 60 yaşında vəfat edən Maradonanın ürəklərdə yaşayacağını yazıb.

Dieqo ilə şəklini paylaşan 39 yaşlı forvard bu ifadələrə yer verib: “Maradona ölməyib, ölməzdir. Tanrı dünyaya bütün zamanların ən istedadlı futbolçusunu verdi. Əbədi yaşayacaq".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib/APAsport


Digər xəbərlər
SON XƏBƏRLƏR