Səfir Qüdsi Osmanov: "Ermənistan Azərbaycana 1 trilyon dollardan çox zərər vurub"

img

25-11-2020 [20:18]


Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

Azərbaycanın Moldovadakı səfirliyindən Mia.az-a verilən məlumata görə, müsahibədə səfir ermənilərin 30 il müddətində Azərbaycan ərazilərində qanunsuz yaşayaraq məscidləri, məbədləri, qəbiristanlıqları, evləri və abidələri dağıtdıqlarını, Azərbaycanın təbii sərvətlərini oğurlayaraq Qarabağın meşələrini yandırdıqlarını və buna görə cavab verməli olduqlarını qeyd edilib.

Bununla əlaqədar, Prezident İlham Əliyevin hərbi cinayət törədən ermənilərin beynəlxalq məhkəmələrə veriləcəyinə dair çıxışını xatırladaraq düşmənin, həmçinin qiymətli metalları, xüsusən də qızılı Ermənistana ixrac etdiyini bildirib. 

Səfir müsahibəsində istehsalında qanunsuz olaraq qızıldan istifadə edildiyi dünyaca məşhur İsveçrə saat markası “Franck Muller Group”un qurucusu və baş icraçı direktoru Vartan Sirmakeslə yanaşı, bir sıra erməni cinayətkarların istintaq orqanı tərəfindən beynəlxalq axtarışa verildiyini dilə gətirib, ikinci Dağlıq Qarabağ müharibəsindən 2 il əvvəl Ermənistanın Azərbaycana vurduğu zərərin miqdarı 818 milyard 880 milyon ABŞ dolları təşkil edirdisə, hazırda təzminatın məbləğinin 1 trilyon ABŞ dollarından çox olduğunu əminliklə ifadə edib. 

Eyni zamanda, müsahibədə Q.Osmanov Ermənistanın Azərbaycana borclu olduğunu Ermənistanın keçmiş Baş prokuroru və ölkənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsində keçmiş nümayəndəsi Gevork Kostanyanın Moskva sülh sazişinə dair fikirlərində açıq şəkildə qeyd etdiyi diqqətə çatdırıb. Mütəxəssislərin fikirlərinə istinad edən səfir müsahibəsində Ermənistanın ölkəmizə vurduğu zərərin ödənilməsinin beynəlxalq hüquqa əsaslanaraq təmin edilməsi istiqamətində işlər aparıldığını və məsələyə dair beynəlxalq qurumların cəlb edildiyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR