ABŞ şirkətləri Fransada peyvənd hazırlayacaq

img

25-11-2020 [15:50]


ABŞ-ın “Moderna” və Stokholmda yerləşən “Recipharm AB” əczaçılıq şirkətləri arasında birincinin hazırladığı koronavirusa qarşı peyvəndin bir hissəsinin Fransada istehsal olunmasına dair niyyət məktubu imzalanıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə işləri üzrə dövlət katibi Anyes Panye-Rünaşe bildirib.

Ötən gün Avropa Komissiyası “Moderna” ilə 160 milyon doz dərmanın ilkin sifarişinə dair müqavilə imzalayıb. Bundan əvvəl “Astra Zeneca”, “Sanofi – GSK”, “Johnson Johnson”, “”BioNTech” – “Pfizer” cütlüyü, “”CureVac” şirkətlərilə də bənzər müqavilələr imzalanıb. Həmin sənədlər çərçivəsində Avropa İttifaqı ölkələrinə 2 milyard doza yaxın dərman veriləcəyi güman edilir. Hərçənd sözügedən dərmanların kütləvi istehsala başlanıb-başlanmayacağı hələlik dəqiq bilinmir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA