Almaniya hökumətinin binasına avtomobil çarpılıb

img

25-11-2020 [14:25]


Almaniyanın paytaxtı Berlində avtomobil hökumətin yerləşdiyi binaya çarpılıb.

Məlumatı “Reuters” yayıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası cəlb edilib.

Bildirilib ki, Almaniya kansleri Angela Merkel noyabrın 25-də həmin binada koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı video-konfrans keçirməyi planlaşdırmışdı.

Polis hadisə ilə bağlı araşdırma aparır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR